İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın "Sampdoriya" klubunun yarımmüdafiəçisi Yakub Yanktonu transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı çexiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında "16" nömrəli formanı geyinəcək.
 
Yankto 2019-cu ilin sentyabrından "Sampdoriya"da çıxış edirdi. O, çexiya millisində 40 matçda 4 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest