Futbol üzrə Türkiyə Super Liqasında 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Trabzonspor" evdə "Sivasspor"la münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı matç Trabzon təmsilçisinin ardıcıl ikinci qələbəsiylə başa çatıb.
 
Fatih Terimin baş məşqçilik etdiyi "Qalatasaray" da doğma meydanda "Hatayspor"la qarşılaşıb. Bu oyunda da üç qol qeydə alınıb və sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər.
 
Türkiyə Super Liqası
2-ci tur
20 avqust
 
Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.
 
21 avqust
 
Kasımpaşa – Girəsunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.
 
Rizəspor – Fatih Karagümrük 0:0
 
Qaziantep – Beşiktaş 0:0
 
Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.
 
22 avqust
 
Konyaspor – Başakşəhər 2:1
Qol: E.çekici, 51. çikalleşi, 87 – Ndayişimiye, 45+1.
 
Fənərbaxça – Antalyaspor 2:0
Qol: Zayç, 89. Valensiya, 90+2.
 
Göztəpə – Yeni Malatyaspor 0:1
Qol: Tetteh, 56.
 
23 avqust
 
Trabzonspor – Sivasspor 2:1
Qol: Bakasetas, 15-pen. Nvakaeme, 47 – Kofi, 70.
 
Qalatasaray – Hatayspor 2:1
Qol: Fequli, 30. Luyindama, 88 – Lobjanidze, 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest