"Liverpul"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matç.az-ın klubun tvotter səhifəsinə istinadən məlumatına görə, müdafiəçi Endryu Robertson "qırmızılar"la sözləşməsini yeniləyib.

24 yaşlı cinah oyunçusunun uzunmüddətli müqavilə imzaladığı bildirilsə də, dəqiq detallar açıqlanmayıb. Lakin yerli KİV sözləşmə müddətinin 2024-cü ilə qədər nəzərdə tutulduğunu vurğulayıb.

Qeyd edək ki, Robertson bu mövsüm "Liverpul"un heyətində 20 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest