"Portu" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub Almaniyanın "Bayer" komandasından müdafiəçi Vendelli transfer edib.
 
Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Bu transfer "Portu"ya 4 milyon avroya başa gəlib.
 
Braziliyanın U-23 yığmasında da oynamış Vendell, 2014-cü ildən "Bayer"in uğurları üçün çalışırdı. Sol cinah müdafiəçisi bu komandanın heyətində 239 matça çıxıb, 8 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest