Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" klubu bu gün Şotlandiyaya yollanacaq.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" klubu bu gün Şotlandiyaya yollanacaq. Matc.az xəbər verir ki, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avqustun 24-də yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Komandanın son məşqi isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Pittodri" stadionunda keçiriləcək.
 
"Aberdin" – "Qarabağ" matçı avqustun 26-da "Pittodri" stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk matçda "Qarabağ" 1:0 hesabıyla qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest