Fransa Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən və yarımçıq dayandırılan "Nitsa" – "Olimpik" (Marsel) matçında yaşanan hadisələrlə bağlı qərar verilib. Matc.az xəbər verir ki, qarşılaşmada Marsel təmsilçisinin futbolçusu Dimitri Payetə butulka tullanılan tribunaya 4 oyun azarkeş buraxılmayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bununla yanaşı, Payetə butulka atan şəxsin kimliyi məlum olub və o, saxlanılıb.
 
"Nitsa" – "Olimpik" matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri Marsel klubunun futbolçusu Dimitri Payetə butulka atıblar. Payet daha sonra butulkanı azarkeşlər tərəfə fırladıb və bundan sonra fanatlar meydana daxil olublar.
 
Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest