"Vest Hem" İngiltərə Premyer Liqasının 2-ci turunda "Lester"i məğlub edib – 4:1. Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada iki qol vuran Maykl Antonio "Vest hem"in tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
31 yaşlı hücumçu London təmsilçisinin heyətində Premyer Liqada ən çox qol vuran futbolçu ünvanını qazanıb. 2015-ci ildən "Vest Hem"də çıxış edən yamaykalı futbolçu 49 qolla bombardir adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest