Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko mükafatlandırılıb. Matc.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 45 yaşlı mütəxəssisə ölkənin beynəlxalq nüfuzunun qaldırılmasına görə verilən 5-ci dərəcəli "Yaroslav Mudrı" ordenini təqdim edib.
 
Şevçenko 2016-2021-ci illərdə Ukrayna yığmasında baş məşqçilik edib. O, avqustun əvvəlində millidəki işindən ayrılıb.
 
Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest