İsrailin "Makkabi" (Hayfa) klubunun yarımmüdafiəçisi Məhəmməd Abu Fani Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.

İsrailin "Makkabi" (Hayfa) klubunun yarımmüdafiəçisi Məhəmməd Abu Fani Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Qarşıda bizi "Neftçi" ilə vacib oyun gözləyir. Deyərdim ki, bu, həyatımızın matçı olacaq. Komanda qarşıdakı matçın önəmini yaxşı dərk edir. Qələbə həm klub, həm də azarkeşlər üçün vacibdir. Bu, maliyyə baxımından da önəm daşıyır. Azarkeşlərimizin stadiona gələcəyini və bizi qələbəyə ruhlandıracağını gözləyirik".
 
Qeyd edək ki, avqustun 26-da Hayfadakı "Sammi Ofer" stadionunda oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bakıdaki ilk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest