İspaniyanın "Real" klubu futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Kral klubu" Uruqvaydan olan 23 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Valverdenin Madrid təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.
 
Qeyd edək ki, Valverde 2018/19 mövsümündən etibarən "Real"da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 75 matçda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest