Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk çempion məlum olub. Matc.az xəbər verir ki, avstraliyalı velosipedçi Peyc Qreko 3 min metr məsafəyə yarışda qalib olub.
 
O, finiş xəttinə 3 dəqiqə 50,815 saniyəyə çatıb. Bu, həm də dünya rekordudur.
 
İkinci yer çinli Van Syaomey, üçüncü isə alman Deniz Şindler olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest