Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə cavab qarşılaşması öncəsi "Qarabağ"da itkilər var. Matc.az xəbər verir ki, Bədavi Hüseynov, Rahil Məmmədov və Elvin Cəfərquliyev zədəlidilərsə, Patrik Andrade cəzalı durumdadır.
 
O, vərəqə cəzalısı olduğundan Şotlandiyadakı görüşdə meydana çıxmayacaq.
 
Dörd futbolçu ilə yanaşı Kevin Medinanın da "Aberdin"ə qarşı cavab oyununda meydana çıxıb-çıxmayacağı sual altındadır.
 
Qeyd edək ki, "Aberdin" – "Qarabağ" matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest