Avstraliya milli komandasında 18 oyunda bir qol vuran Nikita, karyerası ərzində bu ölkədə "Pert", "Vestern Sidney", Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts", İsraildə "Beytar" və "Makkabi" kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, "ağ-qaralar" son klubu Hayfa "Makkabi"si (İsrail) olan Nikita Rukavitsanı transfer etməyə çalışır. Bu barədə İsrailin "One" nəşri məlumat yayıb. 34 yaşlı hücumçu hazırda bu ölkədədir.
 
"Neftçi"nin avstraliyalı futbolçu ilə iki illik müqavilə imzalayacağı gözlənilir. Nikita paytaxt klubunda ilinə 400 min avro qazanacaq.
 
Avstraliya milli komandasında 18 oyunda bir qol vuran Nikita, karyerası ərzində bu ölkədə "Pert", "Vestern Sidney", Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts", İsraildə "Beytar" və "Makkabi" kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.
 
"Neftçi" avqustun 26-da Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Makkabi" ilə cavab oyununa çıxacaq. Nikita bu matçdan sonra "ağ-qaralar"la Bakıya gələ bilər.
 
"Neftçi" "Makkabi" ilə ilk matçda 3:3 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest