Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Matc.az "eveningexpress.co.uk" saytına istinadən xəbər verir ki, Qlass, Azərbaycan təmsilçisi ilə oyunu səbirsizliklə gözlədiyini deyib:
 
"ümid edirəm ki, cümə axşamı xüsusi bir uğur əldə edərik. Futbolçular bu klub üçün bunun nə olduğunu yaxşı bilirlər. Oyunu səbirsizliklə gözləyirik.
 
İlk oyunda bizə mane olan bir çox məqamlar var idi. Hava isti idi, meydançanın durumu yaxşı deyildi. Buna baxmayaraq, komandam inanılmaz mübarizə apardı. Xüsusilə, ikinci hissədə sərgilədiyimiz oyundan çox məmnun qaldım. Qol buraxmadıq və şanslarımızı cavab oyununa saxladıq.
 
Meydançaın rüsvayçı olmasına görə bir futbolçumuzu zədəyə görə itirdik. Bəhanə axtarmırıq, cavab oyununu səbirsizliklə gözləyirik".
 
"Aberdin" – "Qarabağ" matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest