Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Fənərbaxça"dan Mame Tiamı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
"Kayserispor" Tiam üçün İstanbul klubuna 1,5 milyon avro ödəyib.
 
Tiam 2020-ci ilin avqustundan "Fənərbaxça"da idi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest