İtaliyanın "Venetsiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın "Leuven" klubundan Tomas Anrini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Anri bu mövsüm Belçika çempionatında 4 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest