"Sabah"la yenicə yollarını ayıran ülvi İbazadə karyerasını "Neftçi"də davam etdirə bilər. Matç.az-ın sportinfo.az saytına istinadən məlumatına görə, 23 yaşlı müdafiəçi "ağ-qaralar"a üz tutub.

İlk yarı başa çatan kimi "Sabah"ın yola saldığı İbazadə "Neftçi"nin əvəzedici komandasında baxışdan keçəcək. Futbolçu düşərgəyə gec qoşulduğu üçün Antalya toplanışına aparılmayıb və əsas komandanın baş məşqçisi Roberto Bordin onu əvəzedici heyətin çalışdırıcısı Mahmud Qurbanovun sərəncamına verib. İbazadə "Qəbələ"nin yetirməsidi.

Qeyd edək ki, "Neftçi" qış fasiləsində hələlik Mamadu Mbodj, Mamadu Kane, Aqil Məmmədov və Turan Vəlizadəni transfer edib. Əvəzində Rəşad Eyubovla Rəşad Əzizli yola salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest