Fransa milli komandasının sabiq futbolçusu Adil Raminin yeni ünvanı məlum olub. Matc.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Trua" klubuna keçib. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rami ilə bir illik müqavilə imzalanıb.
 
Raminin son klubu Portuqaliya "Boavişta"sı olub.
 
Daha əvvəl Fransada "Lill", "Marsel", İspaniyada "Valensiya", "Sevilya", İtaliyada "Milan", Türkiyədə "Fənərbaxça", Rusiyada "Soçi" kimi klublarda top qovan Rami, Fransa milli komandası ilə Dç-2018-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest