Şotlandiyanın "Aberdin" komandasının futbolçusu Co Lyuis Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.

Şotlandiyanın "Aberdin" komandasının futbolçusu Co Lyuis Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib. Matc.az "eveningexpress.co.uk" saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı, qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini deyib:
 
"Uzun illərdir ki, avrokuboklarda qrup mərhələsinə yüksələ bilmirik. Bu hədəfə çatmaq və "Aberdin"in adını Avropa futboluna qaytarmaq niyyətindəyik. Bir futbolçu kimi bunu etmək istəyirik və məqsədimizə çatmaq üçün sadəcə bir oyun qalıb.
 
Oyunu qazanmalıyıq. Qrup mərhələsinə yüksələ bilsək, fantastik olacaq. Və qruplarda azı 6 oyun keçirəcəyik. Bu, azarkeşlərimiz üçün də əla olardı.
 
"Qarabağ"ın keyfiyyətli komanda olduğunu bilirik. Lakin bizim bütün diqqətimiz öz oyunumuzda olacaq. Rəqibi necə narahat edə biləcəyimiz haqda düşünürük".
 
Bu gün keçiriləcək "Aberdin" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İlk görüşdə Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest