"Legiya"nın (Polşa) baş məşqçisi çeslav Mixneviç Konfrans Liqasının pley-off mərhələsində "Slaviya"ya (çexiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, Mixneviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:
 
"Mahir "Bodo Qlimt"lə oyundan əvvəl də mətbuat konfransında iştirak etmişdi. O, bizim maskotumuzdur.
 
"Slaviya"ya qarşı oynayacaq? Görəcəyik. O, bunun üçün hər şeyi edir. İlk oyunda qol vurdu, məşqlərdə də çox çalışır. Həqiqətən, daha yaxşı ola bilər".
 
Bu gün keçiriləcək "Legiya" – "Slaviya" matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest