Almaniyanın "Şalke" klubunun əvəzedici komandasında çıxış edən Rüfət Dadaşov Regional Liqanın 3-cü turunda "Borussiya"ya (Mönhenqladbax) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib. Matc.az "reviersport.de" saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu, görüşdə yeganə qolu vurub və komandasına 1:0 hesablı qələbə qazandırıb. Dadaşov, oyunla bağlı bunları deyib:
 
"Hər zaman komandanın lideri olmaq isəyirəm. Mənim işim qol vurmaqdır. U-23 komandası hər zaman əsas komanda üçün bir model olur. Son vaxtlar burdan əsas komandaya yüksələn futbolçular olub. Mən hazırda bu haqda düşünmürəm. Diqqətim U-23 komandasındadır".
 
Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubundan "Şalke"yə keçidi haqda da fikirlərini bildirib:
 
"Həyat yoldaşımla danışdıq. Artıq Almaniyaya qayıtmaq lazım idi. "Şalke" bizim üçün uyğun yer oldu".
 
Rüfət Dadaşov Azərbaycan yığmasında 24 oyunda 5 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest