"Aberdin" klubunun sabiq futbolçusu Darren Maki açıqlama verib. Matc.az xəbər verir ki, keçmiş hücumçu, Şotlandiya təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab oyunu ilə bağlı fikirlərini söyləyib:
 
"Aberdin" avrokuboklarda qrup mərhələsinə vəsiqə üçün çox gecikib. ümid edirəm ki, bu gün bu hədəfə çatacaqlar.
 
Azərbaycandakı oyunda meydança dəhşətli idi. "Aberdin" üçün çətin olsa da, yaxşısını etməyi bacardılar. Onlar üçün ən pisi müdafiəçi Endryu Konsidaynı itirmək oldu.
 
"Aberdin" artıq "Qarabağ"ı tanıyır və doğma meydanda azarkeşlərinin dəstəyi ilə xüsusi gecə yaşaya bilərlər. Qrup mərhələsinə vəsiqə üçün "Qarabağ"ı məğlub etmək lazımdır. ümid edirəm ki, bunu bacararlar. "Aberdin"in "Qarabağ"a qarşı yaxşı səviyyədə oynayacaq istedadlı futbolçuları var".
 
Bu gün keçiriləcək "Aberdin" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İlk görüşdə Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest