İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Dortmund "Borussiya"sından Tomas Dileynini heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
"Sevilya" Danimarka milli komandasının da üzvü olan Dileyni üçün 6 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest