Futbol üzrə Portuqaliya yığmasının Dç-2022-nin seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoxlama oyunları üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernando Santos 25 futbolçuya dəvət göndərib ki, onların arasında İtaliyanın "Yuventus" klubunun üzvü Kristiano Ronaldo da var:
 
Qapıçılar: Antonio Lopes ("Lion", Fransa), Rui Patrisio ("Vulverhempton", İngiltərə), Dioqo Kosta ("Portu");
 
Müdafiəçilər: Juan Kanselo ("Mançester Siti", İngiltərə), Rikardo Pereyra ("Lester", İngiltərə), Qonsalo İnasio ("Sportinq"), Dominqos Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Ruben Dias ("Mançester Siti", İngiltərə), Rafael Gerreyro ("Borussiya", Dortmund, Almaniya), Nuno Mendes ("Sportinq");
 
Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neves, Joao Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Bruno Fernandes ("Mançester Yunayted", İngiltərə), Joao Mario ("Benfika), Otavio Menteyro ("Portu), Bernardo Silva ("Mançester Siti", İngiltərə);
 
Hücumçular: Andre Silva ("Ayntraxt", Almaniya), Kristiano Ronaldo ("Yuventus", İtaliya), Dioqo Jota ("Liverpul", İngiltərə), Qonsalo Gedes ("Valensiya", İspaniya), Pedru Qonsalves ("Sportinq), Rafa Silva ("Benfika").
 
Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest