Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, sözügedən komanda "Keşlə" ilə üz-üzə gələcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avqustun 29-da "ASK Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest