İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Monako"dan Pyetro Pelleqrini heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pelleqri 2021/2022 mövsümünü icarə əsasında "Milan"da keçirəcək.
 
İtaliyalı futbolçu yeni komandasında 64 nömrəli formada çıxış edəcək.
 
Pelleqri 2018-ci ildən "Monako"dadır. 20 yaşlı hücumçu İtaliya yığmasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest