Futbol üzrə UEFA çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı müdafiəçisi açıqlanıb. Matc.az xəbər verir ki, kişi oyunçular arasında bu ada İngiltərənin "Mançester Siti" klubundan Ruben Dias layiq görülüb.
 
O, səsvermədə 217 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Onun ən yaxın izləyicisi Sesar Aspilikueta ("çelsi") 115 xalla ikinci olub.
 
Qadınlar arasında isə ötən mövsümün ən yaxşı müdafiəçisi Fransa PSJ-sində çıxış edən İrene Paredes seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest