Avropada 2020/21 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb. Matc.az xəbər verir ki, bu ada İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo layiq görülüb.
 
İtaliya yığmasının da üzvü olan oyunçu, 175 xalla birinci olub. O, komanda yoldaşı Nqolo Kanteni (167) və "Mançester Siti"nin futbolçusu Kevin De Bruyneni (160) qabaqlayıb.
 
Avropada 2020/221 mövsümünün ən yaxşı qadın futbolçusu da müəyyənləşib.
 
Bu ada İspaniya "Barselona"sının oyunçusu Aleksiya Putellas layiq görülüb. O, 50 xalla səsvermədə komanda yoldaşları Yenni Hermoso (42) və Lyeke Martensi (40) geridə qoyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest