Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa "Slaviya"sı (Çexiya) ilə cavab oyununun iştirakçısı olub.

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, o, Avropa Liqasında pley-off mərhələsi çərçivəsində Praqa "Slaviya"sı (çexiya) ilə cavab oyununun iştirakçısı olub.
 
Futbolçumuzun komandası bu rəqiblə ilk oyunu səfərdə keçirmiş və həmin oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə hesabı çexiya təmsilçisi açıb. Qarşılaşmaya start heyətdə başlamış Mahir, 59-cu dəqiqədə hesaba tarazlıq gətirib. O, 70-ci dəqiqədə daha bir qol vurmaqla komandasını önə keçirib. Qarşılaşma 2:1 hesabıyla "Legiya"nın xeyrinə bitib. Beləcə, iki oyunun nəticəsinə görə 4:3 üstün olan Polşa çempionu, Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanıb.
 
Qeyd edək ki, Mahir bu görüşün 80-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest