"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün UEFA-dan alacağı mükafatın məbləği məlum olub. Matc.az xəbər verir ki, futbol qurumu turnirdə qruplara düşən hər bir kluba 2,94 milyon avro verəcək. "Qarabağ" əvvəlki mərhələlərdə isə 1 milyon 50 min avro əldə edib.
 
Konfrans Liqasının ümumi mükafat fondu 235 milyon avrodur. Qrupda hər qələbə 500 min, hər bərabərlik isə 166 min avrodur. Qrupu ilk sırada bitirən klublar 650 min avro, ikincilər 325 min avro qazanacaq. 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək. Konfrans Liqasının qalibinə 8,9 milyon avro ödəniləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest