Türkiyənin "Keçiörengücü" klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib. Matc.az xəbər verir ki, TFF 1-ci liqa təmsilçisi nigeriyalı vinger İbrahim Olavoyini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Olavoyin son olaraq Nigeriyanın "Enuqu Reyncers" klubunda forma geyinib.
 
Qeyd edək ki, "Keçiörengücü" komandasında azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərli də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest