Futbol üzrə Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun yeni komandasının adına rəsmən aydınlıq gəlib. Matc.az xəbər verir ki, 36 yaşlı forvard bundan sonrakı karyerasını sabiq klubu "Mançester Yunayted"də davam etdirəcək.
 
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Ronaldo 2018-ci ildən "Yuventus"da çıxış edirdi. O, 2003-2009-cu illər aralığında məhz "Mançester Yunayted"də çıxış edib. Təcrübəli hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest