"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla bağlı paylaşım edib. Matc.az xəbər verir ki, o, Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"ə cavab oyununda 3:1 hesabı qalib gələrək qrup mərhələsinə çıxması münasibəti ilə Qurbanovu təbrik edib.
 
Sadıqov "İnstaqram" hesabında bunları yazıb: "Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyan HOCAMIZ!".
 
Qeyd edək ki, "Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest