Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 
 
"Antalyaspor" "Rizəspor"u, "Adana Dəmirspor" isə "Konyaspor"u qəbul edib. Beş qolun qeydə alındığı Antalyadakı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Adanadakı qarşılaşmada isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Türkiyə Super Liqası
3-cü tur
27 avqust
 
Antalyaspor – Rizəspor 3:2
Qol: Rayt, 18; 54-pen; 90+10-pen – Cokoviç, 61; 90+3-pen.
 
Adana Dəmirspor – Konyaspor 1:1
Qol: Assombalonqa, 59 – A.Bardakçı, 83.
 
28 avqust
 
20:15. Başakşəhər – Kayserispor
20:15. Yeni Malatyaspor – Qaziantep
22:45. Beşiktaş – Fatih Karagümrük
22:45. Hatayspor – Alanyaspor
 
29 avqust
 
20:15. Kasımpaşa – Qalatasaray
20:15. Sivasspor – Göztəpə
22:45. Altay – Fənərbaxça
22:45. Giresunspor – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest