Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb. Matc.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova paralimpiya çempionu olub.
 
Bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalıdır. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və paurliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest