Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub. Matc.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
 
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçumuz Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar. Hazırda Azərbaycanın hesabında 8 medal var və ümumi siyahıda 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest