Avstraliya milli komandasında 18 oyunda bir qol vuran Nikita, karyerası ərzində bu ölkədə "Pert", "Vestern Sidney", Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts", İsraildə "Beytar" və "Makkabi" (Hayfa) kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.

Futbol üzrə Avstraliya yığmasının hücumçusu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Matc.az saytına klubdan verilən məlumata görə, 34 yaşlı futbolçu ilə bütün məsələlərdə razılıq əldə olunsa da, təcrübəli forvard son anda ailə məsələlərini əsas göstərərək Azərbaycan çempionu ilə müqavilə bağlamaqdan imtina edib. Bu üzdən də onun "Neftçi"yə gözlənilən keçidi alınmayıb.
 
Son klubu Hayfa "Makkabi"si (İsrail) olan Nikita Rukavitsanın "Neftçi" ilə iki illik müqavilə imzalaması gözlənilirdi. Nikita paytaxt klubunda ilinə 400 min avro qazanacaqdı.
 
Avstraliya milli komandasında 18 oyunda bir qol vuran Nikita, karyerası ərzində bu ölkədə "Pert", "Vestern Sidney", Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts", İsraildə "Beytar" və "Makkabi" (Hayfa) kimi klublarda çıxış edib. Hücumçu hazırda azad agentdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest