"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" məşqlərini Bakıda gerçəkləşdirir. Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçir.
 
"Qəbələ" fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" 1-ci divizionun startına hazırlaşan "Qəbələ-2" ilə üz-üzə gələcək.
 
Avqustun 30-da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest