"Qarabağ"ın Albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsində "RTSH Sport"a müsahibə verib. Matç.az saytının məlumatına görə, 37 yaşlı futbolçu gələcək taleyi ilə bağlı da danışıb.

- Qəlbinizdə "Qarabağ"ın çəkisi nə qədərdi?

- "Qarabağ"da 9-cu mövsümümü keçirirəm. Açığı, təzə gələndə burda bu qədər uzun müddət qalacağımı düşünmürdüm. İlk vaxtlar bir komanda gözündə görürdüm. Ancaq düzgünlük, peşəkarlıq, həmçinin azarkeşlərin kluba olan sevgisini nəzərə alsaq, bu illər mənim üçün gözəl keçdi. Karyeramın 60 faizini "Qarabağ"da keçirdim. Məncə, bu komanda bir aildən daha böyükdü və mənim evimdi. 9 il çox tez keçdi, ildən-ilə bura mənim üçün ideal oldu.

- Mövsümün sonunda növbəti transfer planınız varmı?

- Hadisələrin necə nəticələnəcəyini bilmirəm. Görək, nələr baş verəcək. Açığı, gələcəklə bağlı konkret plan cızmamışam. "Qarabağ"la mövsümün sonunadək müqaviləm var və o vaxta qədər komandama kömək etməliyəm. Ondan sonra menecerimlə və klub rəhbərliyi ilə görüşəcəm.

- Ehtiyatda oturmaq çətin deyil?

- Heç bir futbolçu başqasının alternativi və ehtiyat qüvvə olmaqla razılaşmaz. Ancaq bunlar futbolun bir parçasıdı və qəbul etməlisən.

- Milli komandadan yenidən dəvət gözləyirsinizmi?

- Milli komandada öz missiyamı tamamlamışam. İndi gənclərə yol açmaq lazımdı ki, onlar iş görsünlər. Onların daha yaxşı çıxış edəcəyinə ümid edirəm.

- "Tirana"ya qayıda bilərsiniz?

- Albaniyada hər zaman demişəm ki, "Tirana" mənim komandamdı. Hətta ora qayıtmasam belə, fikrim dəyişmir. Orda həm ölkə çempionu olmuşam, həm də ölkə kubokunu qazanmışam. Nə qədər ki, oynayıram, vəzifəmi icra edirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest