"Mançester Yunayted"in yeni transferi Kriştiano Ronaldo "qırmızı şeytanlar"da 7 nömrəli formanı geyinə bilməyəcək. Matc.az xəbər verir ki, buna səbəb hazırda bu formanın Edinson Kavanidə olmasıdır.
 
Premyer Liqanın qaydalarına görə, futbolçular mövsümün gedişində forma nömrələrini dəyişə bilməzlər. Ronaldo, uruqvaylı hücumçu komandadan ayrılacağı halda, 7 nömrəli formanı geyinə bilər.
 
"Mançester Yunayted" Ronaldo ilə 2 illik müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest