Futbol üzrə Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 
 
"Arminiya" – "Ayntraxt" matçında qalib müəyyənləşməyib. "Auqsburq" evdə "Bayer"ə, "Ştutqart" isə "Frayburq"a uduzub. "Köln" "Bohum"u, "Maynts" da "Qroyter"i məğlub yola salıb.
 
"Bayern"in bu turdakı rəqibi Berlin "Herta"sı olub. Münhen təmsilçisi doğma meydanda 5 cavabsız qolla qalib gəlib.
 
Almaniya Bundesliqası
3-cü tur
27 avqust
 
Borussiya (Dortmund) – Hoffenhaym 3:2
Qol: Reyna, 49. Bellingem, 69. Haland, 90+1 – Baumqartner, 61. Dabbur, 90.
 
28 avqust
 
Arminiya – Ayntraxt 1:1
Qol: Vimmer, 86 – Hauqe, 22.
 
Auqsburq – Bayer 1:4
Qol: Nyederlexner, 30 – Yaqo, 3-öz qapısına. Nyederlexner, 14-öz qapısına. Şik, 75. Virts, 81.
 
Köln – Bohum 2:1
Qol: Şaub, 82. Lemperle, 90+1 – Zoller, 90+4.
 
Maynts – Qroyter 3:0
Qol: Lukoki, 15. Salai, 18. Ştoger, 90+2.
 
Ştutqart – Frayburq 2:3
Qol: Mavropanos, 45. Al Qaddiui, 45+2 – Yonq, 3; 9. Holer, 28.
 
Bayern – Herta 5:0
Qol: Müller, 6. Levandovski, 35; 70; 84. Musiala, 49.
 
29 avqust
 
17:30. Union Berlin – Borussiya (Mönhenqladbax)
19:30. Volfsburq – Leypsiq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest