Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. 
 
Turun açılış matçında "Mançester Siti" doğma meydanda "Arsenal"ı qəbul edib. "Şəhərlilər" bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.
 
Turnir cədvəlinin lideri "Vest Hem" bu turda "Kristal Pelas"ı sınağa çəkib. Dörd qolun qeydə alındığı bu matç heç-heçə bitib.
 
Turun mərkəzi görüşü Mersisaydda keçirilib. "Liverpul" Tomas Tuxelin rəhbərlik etdiyi "çelsi"nin müqavimətini qırmağa çalışıb. Amma bu görüşdə də qalib müəyyənləşməyib.
 
İngiltərə Premyer Liqası
3-cü tur
28 avqust
 
Mançester Siti – Arsenal 5:0
Qol: İ.Gündoğan, 7. F.Torres, 12; 84. Q.Jezus, 43. Rodri, 53.
 
Aston Villa – Brentford 1:1
Qol: Buendia, 13 – Touni, 7.
 
Brayton – Everton 0:2
Qol: Qrey, 41. Kalvert-Levin, 58.
 
Vest Hem – Kristal Pelas 2:2
Qol: Fornals, 39. M.Antonio, 68 – Qallaxer, 58; 70.
 
Norviç Siti – Lester Siti 1:2
Qol: Pukki, 44 – Vardi, 8. Olbrayton, 76.
 
Nyukasl – Sauthempton 2:2
Qol: Uilson, 55. Sent-Maksimin, 90 – Elyunussi, 74. Uard-Prauz, 90+6.
 
Liverpul – çelsi 1:1
Qol: Salah, 45+5-pen – Haverts, 22.
 
29 avqust
 
17:00. Bernli – Lids
17:00. Tottenhem – Uotford
19:30. Vulverhempton – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest