Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Adanaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı yarımmüdafiəçi 52-ci dəqiqədə fərqlənməklə komandasının ikinci qolunu vurub. Bununla da o, yeni komandasının heyətində Türkiyədə qol hesabını açıb.
 
"Keçiörengücü" üç turdan sonra 4 xalla 19 kollektiv arasında 6-cıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest