Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:7.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+1-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Kolos" 6 turdan sonra 5 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest