Türkiyənin "Kayserispor" klubunun qapıçısı Doğan Alemdarın Fransanın "Renn" komandasına transferi rəsmiləşib. Matc.az xəbər verir ki, 18 yaşlı qolkiper yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Alemdar "Kayserispor"un öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc qolkiper geridə qalan mövsümdə 28-i Super Liqada olmaqla 29 rəsmi matça çıxıb, 35 qol buraxıb. O, 10 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. Doğan həm də Türkiyənin U-18 yığmasının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest