Futbol üzrə Fransa millisinin sabiq hücumçusu Bafetimbi Qomis Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"dan ayrılıb. Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, üç ildir formasını geyindiyi bu komandada ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
 
Qomis 2018-ci ildə Türkiyənin "Qalatasaray" klubundan "Əl Hilal"a transfer olunmuşdu. O, daha öncə ölkəsində "Sent Etyen", "Trua", "Olimpik" (Lion), "Olimpik" (Marsel), həmçinin "Suonsi Siti" kimi klublarda da forma geyinib. Qomis, Fransa yığmasında meydana çıxdığı 12 matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest