Azərbaycanın paraüzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti dəfə mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib.
 
27 yaşlı idmançı 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.
 
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest