Tokio-2020 Yay Paralimpiya Oyunlarında cüdo yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.

Tokio-2020 Yay Paralimpiya Oyunlarında cüdo yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.
 
Qadın paracüdoçumuz Dürsədəf Kərimova (+70 kq) 1/4 finalda Anastasiya Harnikdən (Ukrayna) güclü olub. O, yarımfinalda Meg Emmerik (Braziliya) ilə görüşüb. Bu rəqibinə də qalib gələn Kərimova finala yüksəlib. Kərimova həlledici görüşdə Zarina Baybatina (Qazaxıstan) ilə üz-üzə gələcək.
 
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev bu dəfə çempion olmaq şansını itirib. O, təsnifat mərhələsində Cek Hocsona (Böyük Britaniya) qalib gəlsə də, 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen çoiyə uduzub. Rəqibi finala yüksəldiyi üçün, Zəkiyev təsəlliverici görüşə qatılıb. Təsəlliverici görüşdə yamaykalı Teador Subbaya qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.
 
100 kq-da yarışan digər paracüdoğçumuz Kənan Abdullaxanlı isə 1/8 finalda Şərif Xəlilova (özbəkistan) məğlub olaraq mübarizəni dayandırıb.
 
Qeyd edək ki, Azərbaycan paracüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıblar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest