"Arsenal"ın sabiq futbolçusu Sam Oci vəfat edib. Matc.az xəbər verir ki, 35 yaşlı keçmiş müdafiəçi uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Bu barədə "Arsenal"ın mətbuat xidməti məlumat yayıb.
 
"Arsenal"ın akademiyasında çıxış edən Sam, karyerası ərzində "Birmingem", "Donkaster", "Hereford", "Bristol Rovers" kimi klublarda top qovub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest