"Qarabağ"ın yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro yığmasına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 
 
Xəbərdə bildirilir ki, Veşoviç dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Türkiyə, 4-də Niderland, 7-də isə Latviya ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.
 
Qeyd edək ki, Veşoviç Ağdam klubuna bu yay transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest